KALQARİNİN YENİ MEMARLIQ İNCİSİ
AZƏRTAC xəbər verir ki, Kalqaridə Kanadada ən böyük məscid - “Baytun Nur” açılmışdır. Ümumi sahəsi 4 min 300 kvadratmetr olan məscidin tikintisi 15 milyon dollara başa gəlmişdir. Bu məbləğin 8 milyon dollarını Kanadada yaşayan əhmədilər icmasının nümayəndələri ianə etmişlər.
Kanadanın Baş naziri Stefan Harper məscidə baxandan sonra onu memarlıq incisi adlandırmışdır. Baş nazirin sözlərinə görə, məscidin əsasən Mərkəzi və Cənubi Asiyadan köçüb gəlmiş əhmədiyyə təliminin tərəfdarları tərəfindən tikilməsi onların cəmiyyətdə özlərinə layiqli yer tutmalarından xəbər verir. Kanada hökumətinin başçısı qeyd etmişdir ki, bu təlimin davamçıları bütün insanların qardaş olmalarına inanır və sülhsevərlikləri ilə seçilirlər.
S.Harper vurğulamışdır ki, onlar dini ayrı-seçkiliyin və dini zəmində təqiblərin nə olduğunu öz təcrübələrindən yaxşı bilirlər. Buna görə də din azadlığının dəstəklənməsi sülh və təhlükəsizlik üçün çox vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]