Kanadadan ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik - İcma
Bakı, 21 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.
Bildirilib ki, “öz müqəddəratını təyinetmə” prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub. “Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra “öz müqəddəratını təyinetmə” prinsipinə toxunmur.
Amma əgər Kanada “öz müqəddəratını təyinetmə” prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər.
Kanadadan Azərbaycana qarşı düşük açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik”, - bəyanatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]