Kəlbəcərdəki iki su elektrik stansiyası 64,7 milyon kilovat-saat enerji istehsal edib
Bakı, 2 sentyabr, AZƏRTAC
İstismara verildiyi tarixdən cari il avqustun 1-dək “Yuxarı Vəng” Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kilovat-saat, “Zar” kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməklə yanaşı, yaşıl enerji istehsalının artmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına şərait yaradır.
Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən 22,5 meqavatlıq “Yuxarı Vəng” SES və Zar çayı üzərində yerləşən 4,3 meqavatlıq “Zar” KSES istismara verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:23]
“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib
- 02.09.2026 [13:52]
® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
- 02.09.2026 [13:29]
“Azexport.az” beynəlxalq mükafata layiq görülüb
- 02.09.2026 [12:48]
Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb
- 02.09.2026 [11:59]
Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır
- 02.09.2026 [10:50]