KƏND TƏSƏRRÜFATI VƏ HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, 2006-cı ildə Göyçayda meyvəçilik, taxılçılıq, üzümçülük, ipəkçilik və heyvandarlığın inkişafı məqsədi ilə bir sıra tədbirlər görülmüşdür.
Rayonun statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il 36 hektar sahədə yeni meyvə bağı salınmışdır. Beləliklə də rayonda bağların ümumi sahəsi 2.721 hektara çatmışdır. 16 min 176 hektar sahədən 41 min 989 ton taxıl biçilmişdir. 16 min 210 hektara taxıl əkilmişdir. Məhsuldarlığın artırılması və ziyanvericilərdən mühafizə üçün üzvi və mineral gübrələrdən səmərəli istifadə edilmişdir. “Göyçay-Konyak” ASC-nin yardımçı təsərrüfatında 5,5 hektar sahədə yeni üzüm bağı salınmışdır. İpəkçiliyin inkişafı ilə əlaqədar “Şəki-İpək” ASC-nin Göyçay Barama İdarəsi yaradılmışdır. Ötən il rayonda 2 min kiloqram barama istehsal edilmişdir.
Hesabat dövründə heyvandarlığın inkişafına diqqət artırılmış, qaramalın sayı 45 min 909 başa, davarların sayı isə 59 min 687 başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]