KƏND TƏSƏRRÜFATINDA MƏHSUL İSTEHSALI ARTMIŞDIR
Bakı, 28 yanvar (AZƏRTAC). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ötən il, qarğıdalı da nəzərə alınmaqla, 2 milyon 498,3 min ton dənli və dənli paxlalı bitkilər, o cümlədən 1 milyon 677,5 min ton buğda, 162 min ton qarğıdalı, 3,8 min ton çəltik və 1 milyon 77 min ton kartof, 1 milyon 228,2 min ton tərəvəz, 711,5 min ton meyvə və giləmeyvə, 407,6 min ton bostan məhsulları, 115,2 min ton üzüm, 181,5 min ton şəkər çuğunduru, 17,1 min ton dən üçün günəbaxan və s. istehsal olunmuşdur.
Hesabat dövründə qaramalın baş sayı və heyvandarlıq məhsulları istehsalı da artmışdır. Cari il yanvarın 1-nə qaramalın sayı 2 milyon 549,5 min başa, davarların sayı 8 milyon 203,4 min başa çatmış, qaramal sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.
Ötən il ət istehsalı 2,9 faiz, süd istehsalı 3 faiz, yumurta istehsalı 15,8 faiz, yun istehsalı isə 3,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]