KƏNDDƏ “AQROLİZİNQ” ASC-NİN YENİ BÖLMƏSİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, Sabirabadın Bulaqlı kəndində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yeni bölməsi açılacaqdır.
Artıq qurum üçün ayrılan 2 hektar sahədə inzibati korpus, anbar və emalatxanalar inşa olunmuş, işıqlandırma avadanlığı və əyani təşviqat vasitələri quraşdırılmış, yaşıllıq salınmışdır. Sentyabrda fəaliyyətə başlayacaq bölmə üçün ilkin mərhələdə 40 adda kənd təsərrüfatı maşını və mezanizmləri alınacaqdır. Texnikanın 5 min hektar torpaq sahəsinə aqrotexniki xidmət göstərəcəyi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq, Astara Gömrük İdarəsi beynəlxalq standartlara uyğun yenidən qurulur.
Üç hektar ərazidə dördmərtəbəli inzibati bina, ikimərtəbəli qonaq evi, ikitərəfli nəzarət postu, sərnişindaşıyan nəqliyyat vasitələri üçün keçid, yüklərin saxlanması üçün anbar, su çənləri, avtomobillər üçün dayanacaq, yeməkxana və digər yardımçı binalar tikilir.
Ərazidə, həmçinin sərhəddən keçid məqsədi ilə 200 metr uzunluğunda qapalı körpünün tikintisinə başlanmışdır.
Gömrük işçilərinin istirahəti üçün hər cür şərait yaradılır.
Tikinti işlərinin bu ilin sentyabrında başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]