KƏNDLƏRƏ TƏBİİ QAZ VERİLMƏSİ BƏRPA EDİLMİŞDİR
Milli Qurtuluş bayramı ərəfəsində Şəmkir rayonunun İrmaşlı və Təzəkənd kəndlərinin sakinlərinə sevinc bəxş edilmişdir. Uzun illərdən bəri nəqli dayandırılmış mavi yanacağın verilməsi bərpa olunmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda bir neçə kənddə qaz xətlərinin təmir-bərpa işləri uğurla davam etdirilir. Yaxın günlərdə Könüllü kəndinin də mavi yanacaqla təminatı qaydaya salınacaqdır.