KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİNİN TƏŞKİL EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Naxçıvan Muxtar Respublikasında Kəngərli rayon məhkəməsi təşkil edilsin.
2. “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 iyun tarixli 140 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 6, maddə 347) IV bəndinin “Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə” bölməsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-yeddinci abzaslar müvafiq olaraq dördüncü-səkkizinci abzaslar hesab edilsin:
“Kəngərli rayon məhkəməsi -1 hakim”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2004-cü il.