Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 6 iyul, AZƏRTAC
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova və Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov iştirak ediblər.
Müsabiqənin final mərhələsində iştirak edən 3 minə yaxın şagird arasından 262 nəfəri qalib seçilib. Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub.