Kiçik sahibkarlıq subyekti öz gəlir və xərclərinin uçotunu hansı metodla aparmalıdır?
Bakı, 26 iyul, AZƏRTAC
Kiçik sahibkarlıq subyekti hesab olunan müəssisə öz gəlir və xərclərinin uçotunu kassa metodu ilə apara bilərmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparır. Eyni zamanda, qeyd olunan dəyişiklik orta və iri sahibkarlıq subyektlərinə münasibətdə bu il yanvarın 1-dən tətbiq olunub, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.
Məcəlləyə əsasən, kiçik sahibkarlıq subyekti olan müəssisə 2022-ci ildə gəlir və xərcinin uçotunu kassa metodu ilə apara bilər, 2023-cü il yanvarın 1-dən isə gəlir və xərcinin uçotunu yalnız hesablama metodunu tətbiq etməklə aparmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]