KİNEMATOQRAFÇILARIMIZ MİLLİ KİNONUN 110 İLLİK YUBİLEYİNİ BAYRAM ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 2-də “Azərbaycan” kinoteatrında milli kinonun 110 illik yubileyinə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
Tədbirin təşkilatçıları “Azərbaycan” kinoteatrının qarşısında “110 illik epopeya” sərgisini nümayiş etdirirdilər. Bayram iştirakçıları milli kinematoqrafiyanın keçdiyi şərəfli tarixi yoldan bəhs edən filmə baxmışlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını təbrik edərək demişdir ki, hazırda milli kinomuz inkişaf yolundadır. Xalqın milli kinoya marağının artması, azərbaycanlı kinorejissorların filmlərinin çox vaxt mükafatla qayıtdığı müxtəlif beynəlxalq festivalların nəticələri buna əyani sübutdur.
Tədbir kino veteranlarına mükafatların təqdim olunması və “Qala” bədii filminin premyerası ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [21:23]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [20:46]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [18:00]
“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində ilk tədbir
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]