Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kişineuda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Kişineu, 10 may, AZƏRTAC

Ölkəmizin Moldovadakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vitaliy Jakot, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, ölkənin ictimai-siyasi xadimləri, Moldovada yaşayan icmaların nümayəndələri, yerli və xarici tələbələr və çoxsaylı həmvətənlərimiz iştirak ediblər.

Qonaqlar, ilk növbədə, Ulu Öndərin səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayaraq dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin doğum gününün hər bir azərbaycanlı, eləcə də bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinc və qürurla qeyd edildiyini bildirib. Ulu Öndərin həyat və fəaliyyətinin fədakarlığın, Vətənə, xalqa sədaqətli xidmətin bariz nümunəsi olduğunu vurğulayan səfir dahi liderimizin müdrik siyasətinin Azərbaycanın dövlət müstəqilliyini əbədi və sarsılmaz etdiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş milli dövlətçilik strategiyası, eləcə də iqtisadi-sosial inkişaf layihələri Azərbaycanın gələcək inkişafını müəyyən edib. Bundan əlavə, Q.Osmanov ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində ümummilli liderin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi arzusunun gerçəkləşdirildiyini, bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və azad edilmiş ərazilərimizdə quruculuq işlərinin aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda səfir Ümummilli Liderin Azərbaycanla bağlı sözlərini xatırladaraq çıxışını yekunlaşdırıb.

Öz növbəsində, deputat V.Jakot çıxış edərək bildirib ki, hər bir xalqın tarixində müstəsna xidmətləri olan, dövlətçilik ənənələrini formalaşdıran ümummilli lider vardır. Azərbaycan xalqının ümummilli lideri isə XX əsrin görkəmli tarixi şəxsiyyətləri sırasında yer almış Heydər Əliyevdir. Deputat qeyd edib ki, Heydər Əliyev dühası 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınmış ölkəyə çevirə bildi. V.Jakot diqqətə çatdırıb ki, Heydər Əliyevin birbaşa rəhbərliyi altında neft sektorunun aparıcı nümayəndələri ilə bağlanmış “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan iqtisadi sahədə mühüm nailiyyətlər əldə edib. Beləliklə, Heydər Əliyevin sovet illərində və daha sonra Azərbaycanın müasir tarixi dövründə fəaliyyəti bir-birini tamamlayan iki mərhələ kimi qiymətləndirilə bilər. Onun müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və dövlətçilik ənənələri möhkəmləndirilib.

Eyni zamanda, deputat çıxışında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycanın sosial rifah və iqtisadi inkişaf yolu ilə irəliləyən, beynəlxalq birliyin nüfuzlu üzvü kimi mövqeyini qoruyan, eləcə də regionun siyasətində mühüm rolu olan ölkə olduğunu vurğulayıb. Daha sonra, V.Jakot xalqın və dövlətin inkişafında böyük xidmətləri olan lider kimi Heydər Əliyevin həm Azərbaycan tarixində, həm də bütün dünya siyasətində dərin iz qoyduğunu qonaqların diqqətinə çatdırıb. Çıxışının sonunda deputat Moldova xalqı adından Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalqlarımız arasında sarsılmaz dostluq münasibətlərini və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiyini dilə gətirib.

Daha sonra Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri V.Petuhov çıxış edərək Azərbaycanın rifahı və inkişafı yolunda misilsiz xidmətləri olmuş Ulu Öndərin görkəmli siyasi xadim, qayğıkeş ailə başçısı, uşaqlara, gənclərə, ahıllara, eləcə də cəmiyyətin bütün üzvlərinə diqqətlə yanaşan tarixi şəxsiyyət olduğunu vurğulayıb. Çoxsaylı azərbaycanlıların Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünü qeyd etmək üçün səfirliyə toplaşmasının təqdirəlayiq sayıb və Moldovada yaşayan digər icma nümayəndələri üçün örnək olduğunu bildirib.

MAK-ın sədri Elçin Bayramov çıxışında qeyd edib ki, bugünkü qüdrətli və nüfuzlu Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevdir. O bildirib ki, Ulu Öndərin əziz xatirəsinə ehtiram olaraq, dünya azərbaycanlıları, habelə Moldovada yaşayan soydaşlarımız Azərbaycanın yüksək səviyyədə tərənnüm edilməsi, sosial-iqtisadi sahədə inkişafının genişləndirilməsi istiqamətində çalışmalı və səylərini əsirgəməməlidir. E.Bayramov çıxışının sonunda xalqımızın liderinin xatirəsini daim uca tutduğunu, Ulu Öndərin ruhunu ehtiramla andığını bildirib.

Bundan əlavə, tədbirdə Moldovada yaşayan azərbaycanlı fəallar Maarif Rəhimov, Yasin Seyidov, Ramil Məmmədov və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açıb, dahi liderə həsr edilmiş şer nümunələri səsləndiriblər.

Tədbir və sərgi Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH