Kitabxana “Xeyir və ümidlə üz-üzə” adlı elektron sərgi təşkil edib
Bakı, 13 aprel, AZƏRTAC
Tanınmış yazıçı və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü Varis Yolçuyev haqqında “Xeyir və ümidlə üz-üzə” adlı elektron sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən təşkil olunub.
Xatırladaq ki, müxtəlif məzmunlu maraqlı əsərlərin müəllifi olan yazıçı Varis Yolçuyevin ilk hekayələri Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə “Ulduz” jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq ədəbi mətbuatda hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb.
Elektron sərgi ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://sabail.cls.az/document/35442
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]