KİV: Əfqanıstan məktəbində partlayış 35 nəfərin həyatına son qoyub
Bakı, 30 noyabr, AZƏRTAC
Bu gün Əfqanıstanın şimalındakı Samanqan əyalətində dini məktəbdə baş verən partlayış nəticəsində azı 35 nəfər ölüb, 23 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Həşt-e subh” qəzeti yerli mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, həlak olanların əksəriyyəti məktəbin şagirdləridir. Ölənlərin cəsədlərinin çıxarılması və yaralıların məktəb binasından təxliyəsi prosesi davam edir. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.
Hadisə əyalətin inzibati mərkəzi olan Aybak şəhərində günorta namazı vaxtı baş verib. “Taliban” hərəkatının təyin etdiyi yerli administrasiyanın nümayəndələri hələlik insidentlə bağlı rəsmi şərh verməyib.
Partlayış qurbanlarının və zərər çəkənlərin sayı barədə KİV-də müxtəlif məlumatlar yayılıb. Bir müddət əvvəl “Tolo News” telekanalı həkimlərə istinadla xəbər vermişdi ki, partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb. “Taliban” hökumətinin rəsmisinə istinad edən “Əl-Cəzirə” telekanalının məlumatına görə isə partlayış 23 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]