Kiyevə hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib FOTO
Kiyev, 1 avqust, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.05.2026 [19:53]
Valideynlərin narkomaniya ilə bağlı maarifləndirilməsi davam etdirilir
- 14.05.2026 [19:28]
Milli Observatoriya 60 mindən çox iş elanının təhlilini aparıb
- 14.05.2026 [18:44]