Azərbaycan Dövlət İnformasiya Agentliyi

KLIVLEND KLINIKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI

AZƏRTAC-ın Vaşinqton müxbiri xəbər verir ki, sentyabr ayının 5-də Amerikanın Klivlend Klinikası mətbuat üçün məlumat yaymışdır. Aşağıda məlumatın mətni verilir.

KLIVLEND KLINIKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI

05 sentyabr, 2003-cü il

PREZIDENT ƏLIYEV KLIVLEND KLINIKASINDA ÖZÜNÜ RAHAT HISS EDIR

Klivlend Klinikasının həkimlərinin bu gün bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ürək çatışmamazlığı ilə bağlı aldığı tibbi müalicəyə yaxşı reakisya göstərir.

Həkimlərin sözlərinə görə, prezidentin səhhəti ötən ay xəstəxanaya gəldiyi dövrdən bəri yaxşılaşmışdır. Prezident özünü rahat hiss edir.

***

DEBEYKİ KARDİOLOJİ MƏRKƏZİNİN DİREKTORU, BEYLOR UNİVERSİTETİ TİBB KOLLECİNİN PREZİDENTİ DOKTOR MAYKL DEBEYKİYƏ

Hörmətli doktor Debeyki,

Sizi – dünya şöhrətli tibb xadimini, məşhur kardioloqu, müasir ürək cərrahiyyəsinin banilərindən birini şanlı yubileyiniz, anadan olmağınızın 95 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz dərin məzmunlu ömrünüzü nəcib bir işə həsr edərək, insanların sağlamlığı naminə fədakarcasına fəaliyyət göstərmiş, xəstələrinizə şəfa, təbabət elminə misilsiz töhfələr vermişsiniz. Çox şadam ki, Siz bu gün də öz zəngin bilik və təcrübənizi böyük həvəs və səylə həmkarlarınıza çatdırırsınız. Şəxsi münasibətlərimiz, aramızdakı dostluq mənim üçün çox əzizdir. Kardioloji mərkəzinizlə tanışlığımı, Amerikada və Azərbaycanda keçirdiyimiz görüşləri, söhbətləri həmişə məmnunluqla xatırlayıram. Əziz Maykl Debeyki, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

2 sentyabr, 2003-cü il.

***

BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LUİS İNASİU LULA da SİLVAYA

Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasında dostluq münasibətlərinin inkişafı əməkdaşlıq imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

1 sentyabr 2003-cü il.

***

AZƏRBAYCAN ÇİNLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV ÇİNİN ALİ XALQ PROKURORLUĞUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev sentyabrın 6-da Nazirlər Kabinetində Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Szya Çunvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimiyyətlə qarşılayan Baş nazir İLHAM ƏLİYEV dedi: -Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru hörmətli cənab Szya Çunvan, hörmətli qonaqlar. Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. Çinlə Azərbaycan arasında münasibətlər son illər ərzində çox sürətlə inkişaf edir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərindən sonra bu münasibətlər yeni pilləyə qalxmışdır. Ölkələrimiz arasında əlaqələr inkişaf edir, Azərbaycanla Çin arasında geniş ticarət əlaqələri mövcuddur. Çindən ölkəmizə böyük həcmdə mal idxal olunur. Əlbəttə, biz çox istərdik ki, iki ölkə arasında iqtisadi əlaqələr genişlənsin və hər iki tərəf üçün fayda versin. Çox sevindirici haldır ki, son illər ərzində Çindən olan şirkətlər Azərbaycanın neft sektoruna maraq göstərirlər. Artıq iki şirkət ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanda neft sektoru Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində çox sürətlə inkişaf edir. Bu sahəyə böyük həcmdə sərmayələr qoyulmuşdur, dünya üçün əhəmiyyətli, irimiqyaslı layihələr həyata keçirilir. Əlbəttə, biz çox şadıq ki, Çini təmsil edən neft şirkətləri də bu layihələrə qoşulurlar və Azərbaycana böyük həcmdə sərmayələr qoyurlar. Azərbaycanda xarici sərmayəçilər üçün gözəl şərait yaradılmışdır və əminəm ki, Çinin neft şirkətləri də bu şəraitdən səmərəli istifadə edəcəklər. Çox sevindirici haldır ki, Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Azərbaycan Respublikasının Prokurorluğu ilə gözəl münasibətləri vardır. Bildiyimə görə, müvafiq əməkdaşlıq haqqında sazişlər imzalanmışdır və hesab edirəm ki, bu əlaqələr gələcəkdə də inkişaf etməlidir. Qonaqpərvərliyə görə Baş nazir İlham Əliyevə təşəkkür edən SZYA ÇUNVAN dedi: -Cənab Baş nazir, icazənizlə, bizi Nazirlər Kabinetində qəbul etdiyiniz üçün Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun heyəti adından və şəxsən öz adımdan, habelə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Siyunun adından Sizə təşəkkürümü bildirim. Mənim səfərim Azərbaycan Respublikasındakı həmkarım cənab Baş prokurorun dəvəti ilə həyata keçirilir. Səfərimin əsas məqsədi ölkənizin hüquq sahəsi ilə, o cümlədən prokurorluq sistemi ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Səfərimin digər əsas məqsədi iki ölkə arasında hüquq-məhkəmə sahəsində əlaqələri və münasibətləri gələcəkdə daha da genişləndirməkdir. Bu, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərimdir. Səfərin ilk günündən Azərbaycan Prokurorluğunun və digər rəsmi orqanların rəhbərlərinin qayğıkeş münasibətinin şahidi olmuşam. Artıq iki gündür ki, Bakı şəhərindəyəm və paytaxtınızın görməli yerləri ilə tanış olmuşam. Azərbaycan xalqının Çin Xalq Respublikasına, ümumiyyətlə, Çin xalqına münasibəti ilə də yaxından tanış olmuşam və bu münasibətdən böyük şərəf hissi duyuram. Cənab Baş nazir, bildiyiniz kimi, səfər çərçivəsində dünən biz Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığa dair saziş imzalamışıq. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər uzun tarixə malikdir. İki ölkənin sıx dostluq münasibətləri vardır. 1992-ci ilin aprelində Çinlə Azərbaycan arasında diplomatik münasibətlər yaranmışdır və bundan sonra ikitərəfli əlaqələr daim inkişaf etmiş və möhkəmlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri, habelə Çin Xalq Respublikası parlamentinin sədri cənab Li Penin Azərbaycana səfəri bu münasibətlərin daha da yüksək zirvəyə qaldırılmasına təkan vermişdir. Qeyd etdiyiniz kimi, ölkələrimiz arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələrimiz genişləndirilir. Bu əlaqələrin inkişaf etdirilməsi və daha yüksək pilləyə qaldırılması ölkələrimizin xalqlarının maraqlarına tam cavab verir. Cənab Baş nazir, bildiyiniz kimi, artıq 20 ildir ki, Çin Xalq Respublikasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və ticarət sahələrində mühüm islahatlar həyata keçirilir. Bir neçə ildir ki, Çin iqtisadiyyatının artımı 7,3 faiz təşkil edir. İslahatların keçirildiyi dövrdə biz sənayeni və ticarəti, bütün digər müvafiq sahələri inkişaf etdiririk, bu zaman yüksək texnologiyalardan istifadə olunur. Nəticədə ölkəmizin iqtisadiyyatı gündən-günə güclənir. Çin Xalq Respublikasının Konstitusiyasına əsasən, ölkəmizin Baş Prokurorluğu və prokurorluq orqanları nəzarət funksiyasını həyata keçirirlər. Onlar öz fəaliyyətini gündən-günə gücləndirir, ölkəmizdə sabitliyi qoruyur və inkişafı təmin edir. Konstitusiyaya əsasən, Prokurorluq Çin qanunlarının digər dövlət orqanları tərəfindən icrasının təmin olunmasına nəzarət edir. Çinin Ali Xalq Prokurorluğu ölkədə sabitliyi qorumaqla yanaşı, mənfi hallara, o cümlədən cinayətkarlığa qarşı mübarizə aparır və bu sahədə digər ölkələrin təcrübəsini öyrənməkdən şərəf duyur. Biz digər ölkələrin təcrübəsini öyrənməyə və ondan istifadə etməyə hazırıq. Azərbaycan Respublikası ilə də əməkdaşlığı möhkəmləndirməyə daim hazırıq. Deməliyəm ki, səfərimiz çox uğurlu keçir. Azərbaycan Respublikasının Prokurorluğu çox gözəl səfər proqramı tərtib etmişdir və onun müvəffəqiyyətlə keçməsi üçün hər cür imkan yaratmışdır. Nümayəndə heyətimiz Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri, Ali Məhkəmənin sədri, ədliyyə naziri ilə görüşlər keçirmişdir və biz bu görüşlərdə çoxlu faydalı məlumatlar toplamışıq.Cənab Baş nazir. Mən Çin Xalq Respublikası Baş nazirinin salamlarını, həmçinin Azərbaycan Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə onun təbriklərini Sizə çatdırmaq istəyirəm. Sonda mən Azərbaycan Respublikasının cənab Heydər Əliyevin rəhbərliyi altında gələcəkdə daha çox nailiyyətlər qazanması arzularımı çatdırmaq istəyirəm. Sizin ölkəniz bu nailiyyətləri əldə edəcək, Azərbaycan xalqı firavan həyat sürəcəkdir. Bizim prokurorluq orqanları, ümumilikdə xalqlarımız arasında olan dostluq münasibətləri gələcəkdə daha da inkişaf edəcək, genişlənəcəkdir. Səmimi təbriklərə və ətraflı məlumata görə təşəkkür edən Baş nazir İLHAM ƏLİYEV dedi: - Xahiş edirəm, səmimi təbrikə görə cənab Baş nazirə mənim minnətdarlığımı bildirəsiniz. Əminəm ki, ölkələrimiz gələcəkdə bir-birinə daha da yaxın olacaqdır. Biz Çinlə iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin genişləndirilməsində çox maraqlıyıq, Azərbaycan hökuməti bundan sonra da bu istiqamətdə əməli işlərlə məşğul olacaq və əminəm ki, biz birlikdə böyük nailiyyətlər qazanacağıq. Son 20 il ərzində Çin Xalq Respublikasında aparılan iqtisadi islahatlar bizə məlumdur, bundan xəbərimiz vardır. Biz görürük ki, bu islahatlar ölkənizə və xalqınıza nə qədər xeyir gətirmişdir. Sizin keçdiyiniz yol bir çox ölkə üçün nümunədir və qazandığınız uğurlar bir daha göstərir ki, bu yol düzgün seçilmişdir. Yəqin ki, ölkənizdə hökm sürən ictimai-siyasi sabitlik, asayiş bütün bu uğurlar üçün gözəl zəmin yaratmışdır. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda da böyük işlər görülmüşdür. İqtisadi islahatlar həyata keçirilmiş və bunun nəticəsində ölkəmiz iqtisadi baxımdan çox sürətlə inkişaf edir. Deyə bilərəm ki, bizdə də ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Son 6 ildə bu, orta hesabla 64-65 faiz təşkil etmişdir. Əminəm ki, gələckdə də bu islahatlar Heydər Əliyevin rəhbərliyi altında davam etdiriləcəkdir. Azərbaycanda da hökm sürən ictimai-siyasi sabitlik, asayiş iqtisadi uğurlarımızın əsas səbəblərindən biridir və hesab edirəm ki, bu cəhətdən ölkələrimiz arasında çox oxşar məqamlar vardır. Ona görə də biz bütün sahələrdə bir-birimizin təcrübəsini öyrənməkdə, ölkələrimizin daha da yaxınlaşmasında və mühüm əhəmiyyət kəsb edən işlər görülməsində maraqlıyıq. X X X Qəbulda Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Çinin ölkəmizdəki səfiri Çjan Siyun iştirak edirdilər.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Çox hörmətli cənab Baş nazir!

Yüksək vəzifəyə - Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi MDB Qiymətləndiricilər Birlikləri Şurası adından təbrik edirəm. Geniş MDB məkanında İlham Əliyevi yeni minilliyin başlanğıcında suveren Azərbaycanın siyasi səmasında parlaq ulduz kimi tanıyırlar. Bir neçə ay əvvəl MDB Qiymətləndiricilər Birlikləri Şurası Bakıda qiymətləndiricilərin beynəlxalq konqresini keçirmişdir. Onun keçirildiyi vaxt zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyinə təsadüf etmişdir. Bu konqresin iştirakçıları Azərbaycanın uğurlarını öz gözləri ilə görüb yəqin edə bildilər. Azərbaycanın son 10 ildəki sosial-iqtisadi tərəqqisi hörmət hissləri doğurmaya bilməz. Sizin Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız barədə xəbər ümid yaradır ki, bu uğurlar artırılacaq, Heydər Əliyevin ənənələri və xətti davam etdiriləcək, Azərbaycan isə daha güclü və demokratik dövlət olacaqdır. Sizi əmin edirik ki, MDB ölkələrinin qiymətləndiriciləri peşəkarlar olaraq Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına öz töhfələrini verməyə hazırdırlar.

Dərin hörmətlə,

Nikolay Trifonov,

MDB Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru.

Minsk, 18 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb