KOBİA da qanvermə aksiyasına qoşulub
Bakı, 29 aprel, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı müayinə olunduqdan sonra götürülən qan yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.