KOBİA nümayəndələri Abşeron Logistika Mərkəzində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar
Bakı, 12 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Lökbatan qəsəbəsində yerləşən Abşeron Logistika Mərkəzində sahibkarlara logistik xidmətlər üçün yaradılmış şəraitlə tanış olublar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, 65 hektar ərazidə yerləşən mərkəzdə sahibkarlara göstərilən xidmətlər “bir pəncərə” sistemi vasitəsilə həyata keçirilir. Abşeron Logistika Mərkəzində sahibkarlara terminal xidmətləri, yüklərin gömrük rəsmiləşdirilməsi və broker, anbar və daxili daşıma xidmətləri təqdim olunur. Ərazidə sahibkarlara logistik xidmətlərin göstərilməsi üçün müasir infrastruktur yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]