KÖÇKÜN SAHİBKARLAR DÖVLƏT QAYĞISINDAN BƏHRƏLƏNİRLƏR
Bakı, 24 yanvar (AZƏRTAC). Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirmişlər ki, ötən il "Aqrolizinq" ASC-nin xətti ilə Cəbrayıl, Laçın, Zəngilan, Xocavənd, Xocalı, Ağdam, Füzuli rayonları 368 ədəd müxtəlif kənd təsərrüfatı maşını və aqreqatı ilə təmin edilmişdir.
Ağdam, Laçın, Xocavənd və Zəngilan rayonlarından olan məcburi köçkünlərə taxılçılığın və toxumçuluğun inkişaf etdirilməsi üçün güzəştli şərtlərlə gübrə və toxum satışı həyata keçirilmişdir.
Bununla yanaşı, 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən məcburi köçkünlərə 14 sahibkarlıq subyekti üzrə 241 min manat, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə 21 məcburi köçkün ailəsinə 161,1 min manat məbləğində güzəştli kredit verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]