KOLUMBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALVARO URİBE VELESƏ
Hörmətli cənab Prezident,
Kolumbiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
15 iyul 2003-cü il.