Köpəkbalığındakı selikli qat insanın zədələnmiş dərisinin sağalmasını sürətləndirə bilər
Bakı, 4 noyabr, AZƏRTAC
Karolina İnstitutunun alimləri İsveçdə apardıqları tədqiqat zamanı aşkar ediblər ki, köpəkbalığının dərisində böyük biotibbi potensial mövcuddur. Dərinin selikli qatı regenerativ xassələrə malikdir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri MDPI-də (Multidisciplinary Digital Publishing Institute) dərc edilib.
Tədqiqatçılar kiçik köpəkbalığı növlərindən olan katranın (Squalus acanthias) və qığırdaqlı balıqlar fəsiləsinin digər təmsilçilərinin bəzisinin dəri örtüyünü öyrəniblər. Çox tıxlı balıq növlərinin əksəriyyətində dəri hamardır, səthi qalın selik qatı ilə örtülüb. Qığırdaqlı balıqların (köpəkbalığı və skatların) üst örtüyü daha kobud, selikli qişası isə daha nazikdir. Lakin bu seliyin turşuluq dərəcəsi (pH) praktik olaraq, bəzi məməlilərdə, o cümlədən insanda da eynidir.
Alimlər hesab edirlər ki, köpəkbalığının selikli qatının neytral pH-ı ona çoxsaylı biotibbi tətbiqləri təmin edə bilər. Məsələn, bütün selikli vəzilərin sirrinin əsas komponenti - musin yaraların müalicəsi üçün müxtəlif vasitələrin istehsalında istifadə oluna bilər. Belə preparatlar zədələnmiş dərinin sağalmasını sürətləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]