Koreya liderlərinin tarixi görüşü başlayıb VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş yerli vaxtla səhər 9:30-da başlayıb.
AZƏRTAC xəbər verir ki, KXDR lideri Kim Çen In və onu müşayiət edən nümayəndə heyəti iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki “Sülh” sarayında keçiriləcək görüş üçün cənub tərəfə keçiblər. Bu,1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir.