“Kreativ Azərbaycan” portalının Virtual Platformasının ilk görüşü keçiriləcək
Bakı, 13 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kreativ Azərbaycan" portalının Virtual Platforması təsis olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin onlayn müzakirələr üçün bir araya gəlməsidir.
İlk platforma görüşü virtual olaraq aprelin 14-də saat 15:00-da keçiriləcək. Görüş “Kreativ Azərbaycan” platformasının “Facebook” səhifəsindən (www.fb.com/creative.az) canlı yayımlanacaq. Virtual Panel “COVID-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar” mövzusuna həsr olunacaq.
Panelə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə moderatorluq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]