Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib
Bakı, 21 sentyabr, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu buna A Seriyasının birinci turunda “Sampdoriya” ilə matçda (3:0) nail olub. K.Ronaldo qapıya 10 zərbə vurmaqla Avropanın TOP-5 çempionatlarındakı futbolçular arasında bu göstəricidə ən yaxşı nəticəyə imza atıb. Hücumçu həmin görüşdə bir qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ronaldo ötən mövsümdə Turin klubunun heyətində keçirdiyi 33 matçda 12-si onbir metrlik cərimə zərbəsindən olmaqla 31 qol vurub və 5 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]