“Kroger” mağazalar şəbəkəsi alıcılardan bu şəbəkənin mağazalarına silahla gəlməməyi xahiş edib
Vaşinqton, 5 sentyabr, AZƏRTAC
Ən böyük ərzaq mağazaları şəbəkəsi olan “Kroger”in rəhbərləri öz alıcılarından xahiş ediblər ki, bu şəbəkənin mağazalarına odlu silahla gəlməsinlər.
AZƏRTAC xəbər verir ki, şirkətin siyasətində bu dəyişiklik ABŞ-da törədilmiş bir neçə kütləvi güllələmə faktından sonra baş verib.
Şirkətin korporativ məsələlər üzrə vitse-prezidenti Cesika Adelman deyib: “Kroger” hüquq-mühafizə orqanlarının səlahiyyətli əməkdaşları istisna olmaqla bütün alıcılardan xahiş edir ki, bundan sonra bizim mağazalara gələndə özləri ilə odlu silah götürməsinlər”.
Odlu silah gəzdirmək barədə qanunlar müxtəlif ştatlarda fərqlidir. 31 ştatda insanlar hər hansı lisenziya və icazə olmadan tapançaları açıq gəzdirə bilərlər. Həmin ştatlarda bəzi hallarda silah boş olmalıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]