Kür çayı boyunca daimi işləyən ilk gəmi bu yaxınlarda gətiriləcəkdir
Bakı, 12 may (AZƏRTAC). Kür çayı boyunca daimi işləyən ilk gəmi bu yaxınlarda gətiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.
Nazir bildirmişdir ki, əhalini narahat edən qrunt sularının səviyyəsinin qalxmasının qarşısının alınması ilə bağlı artıq qərar qəbul olunmuşdur. Biz hazırda Kür boyunca daimi işləyən gəmilər gətiririk, ilk gəmi bu yaxınlarda gələcəkdir. Son 10 ildə Kür çayının lildən təmizlənməməsi səbəbindən yatağın bütün istiqamətlərdə bir metr qalxması səbəbindən həmin o qrunt suları əhalinin, dövlətin və bələdiyyələrin torpaqlarına zərər verir. Biz həmin gəmilərlə Kürün dibini 1,5 və ya 2 metr aşağı salmaqla qrunt sularının əhaliyə problem yaratmasının, eləcə də daşqınların qarşısı alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]