Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb
Bakı, 4 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 74 kubmetr təşkil etməklə ongünlük normanın 108 faizinə bərabərdir.
Fevralın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Bankə və Araz çayının Novruzlu məntəqələrində 2 santimetr azalıb. Kür çayının Salyan məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424, Şirvanda 315, Salyanda 284, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 151 santimetrə bərabərdir.