Kürdəmirdə 61 yaşlı qadın evində ölü tapılıb
Kürdəmir, 6 avqust, AZƏRTAC
Kürdəmirdə qətl hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Soltan Şıxəliyev küçəsində qeydə alınıb. Belə ki, Kürdəmir bazarında süpürgəçi işləyən 1960-cı il təvəllüdlü Xanımqız Şiralı qızı Bədəlova yaşadığı evində ölü tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qadının cəsədi isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.