KÜRDƏMİRDƏ KARTOF ISTEHSALI ARTIR
Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri son illər kartof əkini sahələrini genişləndirir, məhsul istehsalını nəzərəçarpaçaq dərəcədə artırırlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, istehsal olunan məhsul artıq nəinki daxili tələbatı ödəyir, üstəlik ətraf rayonların bazarlarına, Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına da çıxarılır.
Keçən il 1.214 hektardan 13.224 ton kartof yığılmışdır. Bu, 2006-cı ildəkindən 228 ton çoxdur.
Rayonun əsasən Kürqırağı ərazilərində ildə iki dəfə - yazda və payızda kartof yığılır.
İndi qarşıdan gələn əkin kampaniyasına ciddi hazırlıq işləri aparılır. Kifayət qədər toxumluq kartof tədarük edən torpaq mülkiyyətçiləri fevralın ikinci yarısından etibarən kütləvi surətdə əkinə başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]