KÜRDƏMİRDƏ KARTOF İSTEHSALI ARTIR
Kürdəmir Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, son beş ildə rayonda kartof istehsalı intensiv olaraq artır. Əkin sahələri cari ildə 115 hektar artırılaraq 1329 hektara çatdırılmışdır. Məhsul yığımını müvəffəqiyyətlə başa çatdıran torpaq mülkiyyətçiləri sahələrdən 14 min 700 ton kartof götürmüşlər ki, bu da ötən ildəki göstəricidən 1500 ton çoxdur. Hər hektardan məhsuldarlıq 110 sentner təşkil etmişdir.
Rayonda kartofçuluğun daha çox yayıldığı Kürqırağı ərazilərdə sakinlər təkrar əkinə hazırlaşırlar. İldə iki dəfə kartof yetişdirilən Axtaçı, Mehdili, Qocalı, Carlı ərazi vahidlərində torpaq mülkiyyətçiləri bu günlər əkin aparılacaq sahələri şumlayır, toxum tədarük edirlər. Sakinlər sentyabr ayında təkrar əkin aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]