Laçın Rayon Polis Şöbəsinin əməkdaşları imkanı zəif olan vətəndaşlara ərzaq sovqatı veriblər
Bakı, 13 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının tez bir zamanda qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində Laçın Rayon Polis Şöbəsinin əməkdaşları məcburi köçkünlər üçün tikilmiş qəsəbələrdə məskunlaşmış yaşı 65-də yuxarı olan və tənha yaşayan, eləcə də maddi imkanı zəif olan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar veriblər. Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub.