Laçında növbəti əmək yarmarkası keçiriləcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarka oktyabrın 29-u saat 11:00-da Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Laçın" İstirahət Kompleksində təşkil olunacaq.
İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və digər iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları və həmin proqramlara müraciət qaydaları barədə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
- 02.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 2 oktyabr
- 02.10.2026 [11:47]
Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]