Landon Derentz: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın dünya iqtisadiyyatının inkişafına verdiyi imkandır
Bakı, 6 iyun, AZƏRTAC
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu region ölkələri üçün səmərəlidir və sabitliyin təminatçısıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunda “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhliz böyük imkanlara malikdir və region ölkələrinə dünya bazarına çıxış üçün şərait yaradır.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın dünya iqtisadiyyatının inkişafına verdiyi imkandır. Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Rəsmi Bakının iradəsi və Azərbaycanın resursları Orta Dəhlizin həyata vəsiqə qazanmasını şərtləndirib. Vaşinqtondakı Xəzər Siyasəti İnstitutu 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarətin həcmini 11 milyon ton artırmaq potensialına malik olduğunu bildirib”, - deyə baş direktor qeyd edib.