Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Çoummali Sayasoneyə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Laos arasında təşəkkül tapmış münasibətlərin dostluq və əməkdaşlıq zəminində inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 noyabr 2011-ci il.