Larisa Qryadunova: Bakıda gimnastikanın inkişafı üçün mükəmməl şərait yaradılıb
Bakı, 25 aprel, AZƏRTAC
Bakıya təlim-məşq toplanışlarına və yarışlara gəlmək çox xoşdur. Paytaxtınızda keçiriləcək dünya kubokundan gözləntilərimiz böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Finlandiya millisinin məşqçisi Larisa Qryadunova deyib.
Budəfəki yarışda komandanın üzvlərinin birinin xeyli gənc olduğunu vurğulayan məşqçi onun Bakıda təcrübə qazanmağa çalışacağını bildirib: “ O, bir müddət əvvəl ciddi zədədən sağalıb və iki ilə yaxın yarışlarda iştirak etməyib. İndi yavaş-yavaş təcrübə toplayır və ümid edirəm ki, onda hər şey alınacaq. İstərdim ki, ən azı bir finala çıxaq. Komandanın heyətinə təlim-məşqlərini Bakıda keçmiş Yukki Tikkanen də daxil edilib. O, artıq uzun müddətdir yarışlarda çıxış edir, təcrübəli və yaxşı gimnastdır. Ötən il dünya kubokunda çıxış etmiş Yekaterina Volkova isə təəssüf ki, şəxsi problemləri ilə əlaqədar karyerasını başa vurub”.
Bakıda məşqlərin keçirilməsi və gimnastikanın inkişafı üçün mükəmməl şəraitin yaradıldığını deyən Larisa Qryadunova diqqətə çatdırıb ki, burada çox yaxşı zal, ətrafında səmimi ab-havanın hökm sürdüyü çoxlu gimnastika xalçaları var. Buna görə də bura gəlmək çox xoşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]