LƏNKƏRAN TİKİŞ FABRİKİ MÜASİR TİPLİ MÜƏSSİSƏDİR
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Lənkəranda tikiş fabrikinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını və xanımını burada gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev fabriklə yaxından tanış oldu, ayrı-ayrı sexlərə baxdı, istehsal prosesi ilə maraqlandı.
Məlumat verildi ki, “AY-NT” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus fabrikdə 120 nəfər çalışır. Burada müxtəlif çeşidli məhsullar, o cümlədən idman geyimləri tikilir, sifarişlər qəbul olunur, etiketlər və emblemlər də hazırlanır. Naxış toxumaq üçün xüsusi texnologiya tətbiq olunur. Quraşdırılan avadanlıq Çindən gətirilmişdir. Müəssisədə orta aylıq əməkhaqqı 80-100 manat təşkil edir.