Lənkəranda istixana şəraitində yetişdirilən xiyarın yığımına başlanılıb
Lənkəran, 4 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda istixana şəraitində tərəvəz əkininə mart ayında başlanılıb. Fermerlər əldə olunan məhsuldarlıqdan razıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda tərəvəzçiliklə məşğul olan məhsul istehsalçıları istixana şəraitində xiyarın yetişdirilməsinə diqqəti artırıblar. Təsərrüfatlarda əsasən məhsuldarlığı və dözümlülüyü ilə seçilən Hollandiyadan gətirilmiş xiyar növləri əkilib. Bu növ xiyarın bir şitilindən üç kiloqrama qədər məhsul yığmaq olur. Yığılan məhsul əsasən yerli bazara çıxarılır.
Bol məhsul əldə etmək üçün düzgün aqrotexniki qulluğun da böyük əhəmiyyəti var. Mütəxəssislərin sözlərinə görə, düzgün aqrotexniki qulluğun nəticəsidir ki, bu il tərəvəz bitkilərində heç bir xəstəlik aşkarlanmayıb.
İstixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin olmaqla yanaşı, daha çox vəsait tələb etsə də, məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər.
Qeyd edək ki, rayonda xiyar yığımı iyun ayına qədər davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]