Lənkəranda keçirilən Novruz yarmarkasına 35 tondan çox məhsul çıxarılıb
Lənkəran, 16 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 16-da Lənkəranda Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb.
Səhər saatlarından başlayan yarmarkaya 35 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.
Ekoloji təmizliyi ilə seçilən bu məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.
Bayram yarmarkası martın 20-dək davam edəcək.