LƏNKƏRANDA KONSERV ZAVODU TİKİLİR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, əhalinin ərzaq təminatını yaxşılaşdırmaq və məşğulluq səviyyəsini yüksəltmək məqsədilə Lənkəran şəhərində yeni konserv zavodunun tikintisinə başlanmışdır.
12 hektar ərazidə inşa edilən emal müəssisəsinin tikintisində «Gilan-İnşaat” MMC-nin mütəxəssisləri ilə yanaşı, 30-dan artıq yerli inşaatçı çalışır.
Hazırda tikintidə metal konstruksiya işləri başa çatmaq üzrədir.
Gün ərzində 100 ton məhsul istehsal edəcək konserv zavodunun bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]