Lənkəranda “Qızlar futzal kuboku” turniri keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 21-22-də Lənkəranda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq.
AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaqlar. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir və Balakəndə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]