LƏNKƏRANDA TƏRƏVƏZ EMALI MÜƏSSİSƏSİ
İyulun 5-də Lənkərandakı “Çinar” firmasının tərəvəz emali müəssisəsi işə salınmışdır. Ən müasir texnologiya əsasında yaradılmış istehsal sahələrində hər gün tonlarla tərəvəz emal ediləcəkdir. Şəhərin 50 nəfər sakini yeni müəssisədə işlə təmin olunmuşdur. Emal müəssisəsinin işə düşməsi münasibətilə keçirilən mərasimdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, Lənkərən şəhər icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyev və başqaları çıxış edərək respublikamızda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldığına görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirmiş, müəssisənin kollektivinə uğurlar arzulamışlar. Elə həmin gün mərasim iştirakçıları firmanın tərəvəz əkini sahələrinə baxmış, əməkçilərlə söhbət etmişlər.