Lerik şəhərinin küçələrinə asfalt döşənir
Lerik, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Lerik şəhərində tikinti və abadlıq işləri çərçivəsində şəhərdaxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə şəhərin Mirzə Fətəli Axundov, Cəlal Fərziyev, Qədir Nəzərov, Hacı Heydər və Elmar Qarayev küçələrinə asfalt döşənib.
Şəhər sakinləri küçələrin asfatlaşdırılması və digər təmir-bərpa işlərindən razılıqlarını ifadə ediblər.