DÜNYA
Liberiyada kilsədə yaranan basırıq nəticəsində 29 nəfər ölüb
![Liberiyada kilsədə yaranan basırıq nəticəsində 29 nəfər ölüb](/files/2022/1/1200x630/1642693886470841481_1200x630.jpg)
Bakı, 20 yanvar, AZƏRTAC
Liberiyanın paytaxtı Monroviya şəhərində kilsədə yaranan basırıq nəticəsində azı 29 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Liberiyanın informasiya nazirliyinə istinadla məlumat yayıb. Hadisə çərşənbə günü axşam saatlarında şəhərin Nyu-Kru-Taun rayonunda baş verib. Həkimlər 29 nəfərin öldüyünü və daha bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər.
Şahidlərin sözlərinə görə, bir qrup silahlı şəxs kilsəyə girərək dindarları qarət etməyə cəhd göstərib və bu zaman basırıq yaranıb.
Liberiya Prezidenti Corc Vea faciə səbəbindən ölkədə üç günlük matəm elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2024 [15:29]
105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb
- 20.06.2024 [15:18]
Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir
- 20.06.2024 [15:15]
Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq
- 20.06.2024 [14:59]
Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb
- 20.06.2024 [14:47]
Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək
- 20.06.2024 [14:42]
“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər
- 20.06.2024 [14:39]
İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq
- 20.06.2024 [14:36]