“Linqlinq” tufanı Okinava adalarına çatıb
Tokio, 6 sentyabr, AZƏRTAC
“Linqlinq” tufanı Yaponiyanın Okinava prefekturasına çataraq, şimal istiqamətində hərəkət edir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Miyakocima da daxil olmaqla tufan yaxınlıqdakı adalara güclü zərbə vuraraq, 20 mindən çox ailəni elektrik enerjisiz qoyub.
Bildirilir ki, yerli vaxtla səhər saat 4 radələrində “Linqlinq” tufanı Kumecima adasından 180 kilometr şimal-qərb istiqamətində yerləşib. Həmin ada Okinava adasının qərbində yerləşir.
Tufanın mərkəzində küləyin sürətinin saatda 162 kilometrə çatdığı qeyd edilir. Kumecima adası sahillərində dalğanın hündürlüyü 9 metrə çatır.
Okinava adasında saatda 50 millimetr yağıntı düşəcəyi gözlənilir.
Bununla yanaşı, “Faksay” tropik qasırğasının da Sakit okeanda, Tokionun cənub-şərq sahillərində yerləşdiyi bildirilir. Onun güc yığaraq şimal-qərb istiqamətində Hönşü adasına doğru hərəkət edəcəyi gözlənilir.
Tropik qasırğanın şənbə günü Oqasavara adasına, bazar günü və ya birinci gün Hönşü adasının Sakit okean sahillərindəki rayonlarına çatacağı proqnozlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]