Litva 12 yaşdan yuxarı peyvənd olunmuş uşaqlar üçün “mümkünlük pasportu”nun tətbiqini planlaşdırır
Vilnüs, 17 noyabr, AZƏRTAC
Litva hökuməti 12 yaşdan yuxarı peyvənd olunmuş uşaqlar üçün “mümkünlük pasportu”nun tətbiqi, eləcə də bu sənədlə bağlı digər məsələləri müzakirə edəcək.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin Baş naziri İnqrida Şimonite söyləyib.
O, 12 yaşdan yuxarı uşaqlara bu sənədin yalnız əyləncə məkanlarına giriş üçün lazım olacağını bildirib.
“Müvafiq dürüstləşdirmələr aparılacaq, “mümkünlük pasportu” yalnız əyləncə yerlərində tələb olunacaq, sənəd məktəbdənkənar fəaliyyətlər və xüsusən məktəb üçün heç bir şəkildə tətbiq edilməyəcək. Bu prosedur hazırda 16 yaşdan yuxarı şəxslər üçün keçərlidir”, − deyə Baş nazir İnqrida Şimonite qeyd edib.
Baş nazir bildirib ki, hökumət sənədin istifadə müddətini də müzakirə edəcək.
“İmmunitetə sahib olan şəxslər üçün qüvvədə olan mexanizmlər 7 ay təşkil etdiyi kimi, vaksinasiyadan sonra da sənəd 7 ay qüvvədə olacaq. Sonra şəxs anticisim testindən keçməlidir, əgər anticisimlər kifayət qədərdirsə, o zaman testin nəticəsi sistemə daxil ediləcək və “mümkünlük pasportu” bu əsasda uzadılacaq. Əgər belə olmazsa, üçüncü doza ilə vaksinasiyadan keçmək lazım gələcək”, - deyə Baş nazir İnqrida Şimonite əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]