Azərbaycan Dövlət İnformasiya Agentliyi

LİTVA PREZİDENTİ VALDAS ADAMKUS AZƏRBAYCAN DÖVLƏT TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

LİTVA PREZİDENTİ VALDAS ADAMKUS AZƏRBAYCAN DÖVLƏT TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

İyunun 9-da Litva Prezidenti Valdas Adamkus onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında Azərbaycan Dövlət Televiziyasına müsahibə vermişdir.

-Cənab Prezident, bu, Sizin Azərbaycana ilk rəsmi səfərinizdir. Səfəriniz başa çatır, Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?

-İlk növbədə, onu deməliyəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi və dostluq hissləri bizə çox böyük təəssürat bağışladı. Siz ölkənizin inkişaf etdiyini birmənalı olaraq bir daha nümayiş etdirdiniz. Mən şəhəri gəzərkən böyük inşaat işlərinin getdiyini müşahidə etdim. Yəni genişmiqyaslı biznes fəaliyyəti aparılır. Bu, yalnız bir şeyə dəlalət edir - ölkəniz irəliyə doğru addımlar atır və siyasi rəhbərliyinizi dinlədikdən sonra, parlaq gələcəyinizlə bağlı heç bir şübhəm qalmadı. Yaxın gələcəkdə siz bu regionda ən inkişaf etmiş və çiçəklənən ölkəyə çevriləcəksiniz.

-Cənab Prezident, səfərin konkret nəticələri barədə nə deyə bilərsiniz?

-Əvvəla, onu demək istəyirəm ki, bir faktı aydın şəkildə müəyyən etdik - biz real tərəfdaşıq, beynəlxalq səviyyədə eyni məqsədlərimiz var. Biz hazırda işləyirik və işləri gələcəkdə də davam etdirəcəyik. İqtisadi sahədə işgüzar dairələrimiz üçün yeni əməkdaşlıq yollarını təyin etdik. Mən bu gün keçirilmiş biznes forumdan olduqca məmnunam. Yeni təmaslar qurulur. Mühüm fakt isə ondan ibarətdir ki, iş adamları, sadəcə, ünvanları mübadilə etməklə və bir-birini salamlamaqla kifayətlənməmişlər, onlar hər iki ölkədə ofislərinin açılması ilə bağlı real imkanları müzakirə etmişlər.

Eyni zamanda, biz Bakıda və Vilnüsdə öz səfirliklərimizi açmağa hazırlaşırıq. Bu, həmin əməkdaşlığa əlavə təkan verəcəkdir. Bunu görmək və bilmək mənim üçün çox xoş oldu. Çünki buraya gəlməyim formal səfər və ya nəzakət səfəri deyildi, bu, əsil məhsuldar səfər oldu və hər iki tərəf işə sadiqliyini nümayiş etdirdi.

-Cənab Prezident, Sizin də bildiyinizə görə və beynəlxalq qurumlar da təsdiq edir ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Genişmiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edən Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilibdir. Bütün bunları nəzərə alaraq, Azərbaycanla əməkdaşlıq Litvanın xarici siyasətində hansı yeri tutur?

-İlk növbədə, onu deyim ki, Azərbaycanın istənilən baxımdan regionda lider olmasına şübhəm yoxdur. Məsələn, məmnuniyyətlə iştirak etdiyim bir konfransda Azərbaycanın iqtisadi inkişaf cəhətdən güclü ölkə olması və onun digər Cənubi Qafqaz ölkələrinə çox müsbət təsiri vurğulandı. Mən hesab edirəm ki, hazırkı vaxtdan etibarən ayrı-ayrı dövlətlərin siyasəti yox, regional siyasətin əhəmiyyəti getdikcə artacaqdır. Dövlətlərin nəinki güclü təsiri, o cümlədən bütün Avropa ailəsi çərçivəsində möhkəm mövqeyi müşahidə olunur. Avropa dəyişir, Avropa İttifaqı mövcuddur. Onun 25 üzv ölkəsi var. Mən heç şübhə etmirəm ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələr arasında özünəməxsus layiqli yeri tutmalıdır.

Litvaya gəldikdə isə, biz öz təcrübəmizi ölkənizlə bölüşəcəyik. Siz bizim tam dəstəyimizə əmin ola bilərsiniz. Mən inanmıram ki, Azərbaycan digər namizəd ölkələr, o cümlədən Litva kimi on il gözləyəcəkdir. Ümid edirəm ki, gələn beş ildə ölkəniz Avropa İttifaqının tamhüquqlu üzvünə çevriləcəkdir.

- Cənab Prezident, həm Litva, həm də Azərbaycan zəngin mədəni və tarixi irsə malik ölkələrdir. Humanitar sahədə əlaqələrin inkişafı üçün hansı tədbirlər görülə bilər?

- Çox şadam ki, bu gün universitetinizdə oldum, tələbələr və müəllimləriniz qarşısında çıxış etdim. Mən arzumu bildirdim ki, çox yaxın gələcəkdə biz təkcə alimlər arasında yox, o cümlədən gənclər arasında mübadilələrə başlayacağıq. Mən Azərbaycan tələbələrini Litva Universitetinə dəvət etdim və tələbələriniz ölkəmizi daha yaxşı tanıyacaqlar. Bu cür mübadilələr, xüsusən də gənclər arasında birbaşa görüşlər bizim gələcəyimizdir. Biz buna çalışmalıyıq. Hesab edirəm ki, biz Bakıda düzgün istiqamətdə lazımi, çox güclü və ilk addımımızı atdıq.

- Cənab Prezident, Sizcə, səfər çərçivəsində keçirilən Azərbaycan-Litva biznes forumu konkret iqtisadi layihələrin həyata keçirilməsinə hansı töhfəni verəcəkdir?

- Ən əvvəl biz birmənalı şəkildə ticarət-sənaye palatalarının nümayəndəliklərini açmalıyıq. Biz Prezident Əliyevlə hətta hökumətlərarası birgə iqtisadi komissiyanın yaradılmasını da müzakirə etdik. Bu qurum aparıcı qüvvəyə çevrilə bilər və iki ölkənin işgüzar dairələrini daha da yaxınlaşdıracaqdır. Məsələləri araşdırdıqdan sonra, növbəti biznes forumun Vilnüsdə keçirilməsi razılaşdırıldı. Belə olduqda, iş adamları mövcud imkanları özləri görəcəklər. Sizi əmin edirəm ki, əsil gəlir gətirən ikitərəfli biznes etmək üçün imkanlar çoxdur.

Litva hazırda bütün dünyada öz iqtisadi mövqelərini gücləndirir. Avropa İttifaqına qoşulduqdan sonra yeni bazarlara çıxışımız təmin olundu. Təsəvvür edin ki, bu, 450 milyonluq əhalisi olan məkanın imkanlarıdır. Ona görə də əgər işgüzar dairələr sadəcə görüşmək və ya bəyanat vermək yox, əsil iş görmək istəyirsə, ölkənizin çox güclü iqtisadi inkişafı nəzərə alınmaqla, bunun üçün real şans var. Bizim tərəfdən də böyük gözləntilər var. Çox qısa müddət ərzində ölkəmizin ixrac həcmi 25 faiz artmış, il ərzində ÜDM-in orta artımı təqribən 15 faiz olmuşdur. Zənnimcə, gələn on beş il ərzində bu sürətlə Litvanın iqtisadiyyatı Avropa ölkələrinin iqtisadiyyatının orta səviyyəsinə çatacaqdır. Bu baxımdan, Siz də bizə qoşula və bizimlə birgə işləyə bilərsiniz.

JURNALİST: Cənab Prezident müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib