Azərbaycan Dövlət İnformasiya Agentliyi

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ

- Zati-aliləri cənab Prezident İlham Əliyev!

Hörmətli xanım Mehriban Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Sizin valehedici və ecazkar dost ölkənizdə, xoş bir ünsiyyət şəraitində qonaq olduğumuz üçün mən və Litva nümayəndə heyətinin üzvləri böyük məmnunluq hissləri keçiririk. Bütün nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Cənab Prezident, əminəm ki, Sizinlə daha tez-tez baş verən görüşlərimiz dövlətlərimiz və xalqlarımız arasında, ticarət əlaqələrimizdə daha sürətli şəkildə yeni əməkdaşlıq tarixinin yaranmasına xidmət edir.

Cənab Prezident!

Biz bu gün Bakıda yalnız ticarət əlaqələrimizə, xarici siyasət və təhlükəsizlik sahəsindəki münasibətlərimizə yeni təkan vermək üçün görüşmürük. Belə ki, bizim görüşümüzün gündəliyində həmçinin Baltik və Qafqaz dövlətlərinin regional əməkdaşlığının genişləndirilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə və enerji sahəsində tərəfdaşlıq münasibətləri, Qafqazın həyatına maneə olan münaqişələrin sülh yolu ilə həllinin axtarışı kimi mühüm məsələlər durur.

Xüsusilə vacibdir ki, bugünkü dialoqumuzun əsasında nəinki bizi bir-birimizə bağlayan qarşılıqlı etimad və rəğbət hissləri, eləcə də Litva və Qafqaz xalqlarının qədim tarixi əlaqələri durur. Biz hələ 1918-ci ildə, müstəqil dövlətlərimiz yaradılan dövrdə bir-birimizə ciddi şəkildə maraq göstərmiş və hətta diplomatik münasibətlər qurmaq üçün çalışmışıq.

Hələ XX əsrin əvvəllərində, o vaxtlar burada yaşamış və neft sənayesində çalışmış, habelə poçt xidmətində, orduda qulluqda olmuş çoxlu litvalı Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. Litva ədəbiyyatının klassiki, yazıçı Vintsas Kreve-Mitskyaviçyus o dövrdə Bakı Universitetinin ilk professorlarından biri olmuş, Bakı Litvalıları Cəmiyyətinin sədri kimi müstəqil Azərbaycan Respublikasının quruculuğu işlərində fəal çalışmış və Litvanın Azərbaycanda ilk konsulu işləmişdir.

Məmnuniyyətlə qeyd edirəm ki, Dirçəliş Hərəkatının - Litva Sayudisinin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmışdır və o vaxtdan indiyədək filoloq Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat digər milli azlıqlarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınız olan Litvanın azəri vətəndaşlarına minnətdarıq.

Zati-aliləri, bu gün gələcəyimizi birgə qurmaq üçün nadir imkanlarımız vardır. Ölkələrimizdə kifayət qədər istedadlar və yeni ideyalarla çıxış edən insanlar mövcuddur. Biz hökmən onların imkanlarından, demokratik dəyərləri bəsləyə-bəsləyə, müasir Avropa tərəfdaşlığını qurmaq, biri-birimizin ən yaxşı təcrübəsindən bəhrələnmək üçün istifadə etməliyik.

Vilnüsdə və Bakıda səfirliklərin açılması, investisiyaların qoyulması və ticarət əlaqələri üçün yeni yollar açan müqavilələrin imzalanması, əlbəttə ki, vaxtında atılmış addımlardır. Əminəm ki, indi Bakıda səfərdə olan Litva iş adamlarının nümayəndə heyətinin üzvləri burada özlərinə yeni tərəfdaşlar tapacaq və bu, öz növbəsində, hərtərəfli əməkdaşlığımızı gücləndirəcəkdir.

Xalqlarımız arasındakı tarixi paralellərə nəzər yetirərkən görürəm ki, bizim ən böyük sərvətimizi - xalqlarımız və mədəniyyətlərimiz arasındakı əlaqələri genişləndirib möhkəmləndirən, asılı olmayan və məhdudiyyətə məruz qalmadan yaratmaq təşəbbüsü göstərən adamlarımız indiyədək heç vaxt bugünkü qədər olmamışdır. Məşhur “Dədə Qorqud” dastanlarının, Nizami, Səməd Vurğun, İlyas Əfəndiyev kimi ədəbi klassiklərin əsərlərinin Litva dilinə tərcüməsi sayəsində ölkənizin mədəniyyəti və xalqınızın müdriklik xəzinəsi bizim üçün daha yaxın və anlaşıqlı olmuşdur.

Münasibətlərimizdə yeni misallar da mövcuddur. Bizim siyasətçilərimiz və diplomatlarımız beynəlxalq təşkilatların iclaslarında birgə iştirak edirlər. Litvalı Rimas Kurtinaytis Azərbaycan basketbolunda ustalığın artması üçün çalışır, azərbaycanlı İdrak Dadaşov isə Vilnüsdə “Penki Kontinentay” (“5 qitə”) şirkətinin işinə uğurla rəhbərlik edir. Uşaqlarımızı YUNESKO-nun dəstəyi ilə Qafqaz və Baltik ölkələri xalqları nağıllarının çap olunduğu “Nağıl körpüləri” kitabı birləşdirir.

Biz yeniliklər üçün açıq olmağımızla, dünya xalqlarının işlərində fəal iştirak etməklə və beynəlxalq siyasətin ən ciddi suallarının həllinə qoşulmaq istəyimizlə bir-birimizə bənzəyirik. Əsgərlərimiz İraqda və Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edir, fəal surətdə öz təcrübələrini bölüşürlər. Biz idarəçilik bacarığımızı birgə təkmilləşdirir, hüquqi aktlarımızı uyğunlaşdırırıq. Əminəm ki, bu cür oxşarlıqlara görə biz xoşniyyətli qonşuluq əlaqələri quran yaxın müttəfiqə çevriləcəyik.

Cənab Prezident, bu gün bizim ölkələri səmimi açıqlıq və qarşılıqlı etimad mühiti birləşdirir. İnanıram ki, gün gələcək, ölkələrimizi ticarət yolları və enerji şəbəkələri bir-biri ilə bağlayacaq, xalqlarımızı isə Avratlantik icmasının əlaqələri birləşdirəcəkdir.

Cənab Prezident, çalışqan və səbatlı olduğunuz üçün Sizin liderlik xüsusiyyətləriniz və Azərbaycanın gələcək islahatlarının müvəffəqiyyəti məndə şübhə doğurmur. Sizə və hökumətinizə uğurlar, Azərbaycan əhalisinə isə firavanlıq, sabitlik və çiçəklənən həyat arzu edirəm.

Cənab Prezident, Avratlantik əməkdaşlığı sualları müzakirə olunarkən Siz həmişə mənə dost və strateji tərəfdaş kimi güvənə bilərsiniz.

Nitqimi yekunlaşdıraraq, mən aşağıdakı fikirləri bildirmək istəyirəm. Hətta çox qısa səfərimin hələ ilk günü başa çatdıqdan sonra da Azərbaycanla bağlı baxışlarım olduqca aydındır. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşılmalıdır. Bu, müasir beynəlxalq sistemin əsasını təşkil edir. Biz beynəlxalq sistemin məhv edilməsinə imkan verə bilmərik. Mənim fikrimcə, Dağlıq Qarabağ problemi aşağıdakı kimi həll olunmalıdır:

Birincisi, işğalçı silahlı qüvvələr çıxarılmalı və bu, beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçirilməlidir.

İkincisi, bununla yerli əhali üçün sabitlik, təhlükəsizlik təmin ediləcək və Azərbaycanın suverenliyi tədricən bərpa olunacaqdır.

Sonda demək istəyirəm ki, Azərbaycan kimi böyük ölkəyə səfər edərkən, mən öz müqəddəratını təyin etmiş Azərbaycan xalqını Avropanın bir hissəsi kimi görürəm.

Fürsətdən istifadə edərək, bu badəni Sizin sağlığınıza qaldırıram. Sağ olun.

X X X

(Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib