Azərbaycan Dövlət İnformasiya Agentliyi

Litva Seymində 20 Yanvara həsr olunmuş tədbir keçirilmişdir

Vilnüs, 19 yanvar (AZƏRTAC). Litva Seyminin Konstitusiya zalında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə, Bakıda və Vilnüsdə baş vermiş faciəli yanvar hadisələrinə həsr olunmuş “Bakı-Vilnüs: azadlığa gedən yolda yanvar hadisələri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli ictimai-siyasi xadimləri, hökumət təmsilçiləri, səfirliyin və Azərbaycan diasporunun nümayəndələri, Litvanın ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələr iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tədbiri açaraq bildirmişdir ki, Azərbaycan və Litva xalqları Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsi önündə baş əyirlər. Bu günlər bütün Azərbaycan xalqı Vətənin müdafiəsinə qalxmış milli qəhrəmanlarının, azadlıq mübarizlərinin xatirəsini yad edir. Bu gün azərbaycanlılar şanlı şəhidlərimizin qarşısında baş əyir, onların məzarlarını Vətənin azadlığı uğrunda mübarizənin, torpağını və müstəqilliyini qorumağın rəmzinə çevrilmiş milyonlarla qərənfilə qərq edirlər.

M.Həmzəyev qeyd etmişdir ki, Bakını və Vilnüsü tarixi hadisələrin oxşarlığı birləşdirir. Sovet imperiyası istər Bakıda, istərsə də Vilnüsdə silahsız insanlara qarşı ağır texnikadan istifadə etmişdir. Lakin dünya ictimaiyyəti bizim xalqlarımızın harayını eşitməmişdir. Xalqlarımız anlamışlar ki, 20 Yanvar və 13 Yanvar Azərbaycanın və Litvanın qələbə günləridir.

Faciəli yanvar hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadəyə söz verilmişdir. Azərbaycan xalqının dərdinə şərik olmaq və həmin faciəli günləri yad etmək üçün gələnlərə minnətdarlığını bildirən səfir demişdir ki, 20 Yanvar tariximizin qara səhifələrindən biridir. Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidləri dərin kədərlə xatırlayır və onların qəhrəmanlığı önündə baş əyir. H.Məmmədzadə Azərbaycanda və Litvada baş vermiş hadisələrin oxşarlığını qeyd etmişdir. Rəsmi məlumatlara görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 147 nəfər həlak olmuşdur. Səfir vurğulamışdır ki, dinc əhaliyə qarşı cinayət törədilməsində M.Qorbaçovu və sovet imperiyasını günahlandıran ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdan kimi bu hadisələrə lazımi siyasi və hüquqi qiymət verilmişdir. Qara Yanvar Azərbaycanda sovet rejiminin süqutunu göstərmişdir.

H.Məmmədzadə diqqətə çatdırmışdır ki, yanvar faciəsi gələcək nəsillər üçün örnəkdir, dövlətin suverenliyinin və müstəqilliyinin nəyin bahasına başa gəldiyini göstərən nümunədir.

Müstəqilliyini qan bahasına əldə etmiş Azərbaycan və Litva vətənlərinin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş qəhrəmanları ilə fəxr edir.

Sonra “20 Yanvar-1990” sənədli filmi göstərilmişdir.

Avropa Parlamentinin deputatı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru Vitautas Landsberqis tədbirdə çıxış edərək bildirmişdir ki, ötən əsrin 90-cı illərində Bakıda, Tbilisidə və Vilnüsdə terror aktları törətmiş SSRİ rəhbərliyi imperiyanın qorunub saxlanması, xalqların azadlıq arzularının qan içində boğulması üçün insanlığa yaraşmayan bütün üsullardan istifadə etməyi qərara almışdır. Sovet imperiyası Azərbaycanın da, Litvanın da müstəqilliyini təxribat adlandırmışdır.

Bakıda törədilmiş faciə adi hadisə deyil, təcavüzkarların düşünülmüş hərəkəti idi. V.Landsberqis diqqətə çatdırmışdır ki, Bakıda və Litvada baş vermiş yanvar hadisələrini nəzərdən keçirərkən göz önündə fədakarlığı, qəhrəmanlığı, günahsız insanların kütləvi məhvini əks etdirən tarixi hadisələrin geniş xəritəsi canlanır. Azərbaycan və Litva xalqlarını birləşdirən də budur.

Avropa Parlamentinin deputatı demişdir ki, azadlığa gedən yolu heç də asan olmayan Azərbaycan hazırda geosiyasi kontekstdə güclü dövlətdir, xristian və islam dünyaları arasında birləşdirici missiyası ilə tolerantlıq nümunəsidir. Bu mübarizə Azərbaycan xalqının mədəni və siyasi kamilliyini nümayiş etdirmişdir. V.Landsberqis Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyasını dəstəklədiyini vurğulamışdır.

Litvalı siyasətçi Bakıda və Litvada baş vermiş yanvar hadisələrinin sənədlərini, faciə qurbanlarının siyahısını, hərbi təcavüzkarların əmrlərini əks etdirən birgə albomun nəşr olunmasını təklif etmişdir.

Sonra Leono Qlinskionun “İntizar” filmi nümayiş olunmuşdur.

“13 Yanvar” Qurbanları Cəmiyyətinin sədri Petras Arnoldas, mədəniyyət nazirinin müavini Edvard Truseviç, tarixçi, “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Malianas, təhsil və elm nazirinin müavini Edita Tamoşiunayte çıxış edərək bildirmişlər ki, Litvaya müstəqilliyini qazanmaqda kömək edənlərin arasında azərbaycanlılar da olmuşlar və onlar “13 Yanvar” xatirə medalları ilə təltif edilmişlər. Qeyd olunmuşdur ki, Litva Avropa ittifaqına sədrliyi müddətində Azərbaycanın da iştirak etdiyi “Şərq Tərəfdaşlığı” Proqramına diqqət göstərəcəkdir.

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela demişdir ki, bu tədbir tarixin unudulmadığını, onun yaşadığını göstərir. Deməli, birgə gələcək də qurulacaqdır. Məqsədimiz xalqlarımızın dostluğunu möhkəmləndirməkdir. Litva Azərbaycanın Avropaya yoludur.

Antakalnis qəbiristanlığında uyuyan müstəqillik müdafiəçilərinin məzarları üzərinə tədbir iştirakçıları adından çiçəklər qoyulmuşdur.

Nigar Hüseynova

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ

Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır