DÜNYA
Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırıb
![Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırıb](/files/2019/3/1200x630/1574159489403160548_1200x630.jpg)
Bakı, 19 noyabr, AZƏRTAC
Livan bankları siyasi proseslərlə bağlı yaranan fasilədən sonra işini bərpa edib və hesablardan xarici valyuta çıxarılmasına həftədə 1000 dollara qədər məhdudlaşdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Livan Bankları Assosiasiyasının məlumatına görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır. Vəsaitin xaricə köçürülməsinə də istisna hallarda icazə veriləcək. Xaricdən pul köçürülmələrinə məhdudiyyətlər isə tamamilə aradan qaldırılıb.
Banklar oktyabr ayının böyük hissəsini işləməyib, ötən həftə isə bank əməkdaşları fəaliyyətləri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə tətil edib.
Qeyd edək ki, oktyabr ayının ortalarından Livanda kütləvi etirazlar başlayıb. Oktyabrın 29-da ölkənin Baş Naziri Saad Hariri etirazçıların təzyiqi altında istefa verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]