Livanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb
Ankara, 6 sentyabr, AZƏRTAC
Livanın Ankaradakı səfiri Gassan Muallim Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb 8-10 nəfərlik qrupun Türkiyənin Beyrutdakı səfirliyinə qarşı təxribat xarakterli hərəkət etməsi olub. Onlar səfirliyin qarşısına üstündə təxribat xarakterli yazı olan ağ parça açıblar. Bütün bunlar polisin gözü qarşısında baş verib. Hadisə ilə bağlı Türkiyə tərəfinin narahatlığı səfir G.Muallimin diqqətinə çatdırılıb. Tələb edilib ki, Livan tərəfi Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyinin və bütün vətəndaşlarının təhlükəsizliyini təmin etsin.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]